Ana səhifə
Bələdiyyə sədri
Bələdiyyə haqqında
Fəaliyyətlər
Rayon haqqında
Arxiv
Bələdiyyəyə sözüm var
Bələdiyyə haqqında məlumat
2005 il
Nailiyyətlərimiz
Fəaliyyətlərimiz
XƏBƏRLƏR VƏ ELANLAR
13.07.2008
Bələdiyyəmizin sosial xidmətləri»»»
11.07.2008
Bələdiyyəmizin idman nailiyyəti»»»
17.04.2008
“Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda konfransda yerli qzünüidarəetmənin inkişafinda qabaqcil təcrübənin tətbiqinin vacibliyi vurğulanmışdər »»»
Nəsimi bələdiyyəsinin 2005-ci ildə fəaliyyəti haqqında

Azərbaycanda bələdiyyələrə ikinci dəfə keçirilən seçkilərdən sonra Nəsimi bələdiyyəsi 2005-ci ildə üzvlərinin yeni tərkibindən yaratdığı 4 daimi komissiya ilə fəaliyyətini davam etdirmişdir.

2005-ci ildə bələdiyyə yerli əhaliyə xidmət imkanlarını genişləndirmək məqsədi ilə büdcəyə yerli vergi və ödənişlərdən daxilolmaları əvvəlki illərlə müqayisədə artıraraq 91928 (doxsan bir min doqquz yüz iyirmi səkkiz) manat 07 qəpiyə çatdırmışdır. Həm vergi və ödənişlərdən toplanmış vəsait, eləcə də bələdiyyənin formalaşması və inkişafına kömək məqsədilə dövlət tərəfindən verilmiş 23965 (iyirmi üç min doqquz yüz altmış beş) manat 81 qəpik dotasiya yerli özünüidarə məqsədlərinə sərf edilir.

Bələdiyyə qərarının əsasında həyata keçirilmiş tədbirlərdən bir
qismini xronoloji ardıcıllıqla qeyd edək:

  • 20 Yanvar faciəsinin 15-ci ildönümü münasibəti ilə rayon ərazisində yaşayan 20 yanvar şəhid ailələri və əlillərinin 85 nəfərinin hər birinə 6 (altı) manat olmaqla cemi 510(beş yüz on) manat maddi yardmı etmişdir.
  • 21 Yanvar Qurban bayramı münasibəti ilə rayonda keçirilmiş tədbirdə Qarabağ müharibəsi və 20 Yanvar şəhid ailələri və əlillərinin, Çernobl iştirakçılarının, aztəminatlı ailələrin, tənha və kimsəsizlərin 150 nəfərinə qurban payı verilmiş, bu məqsədilə büdcədən 600 (altı yüz) manat vəsait ayrılmışdır.
  • Bakı şəhərində keçirilən yaşıllaşdırma həftəliyi ilə əlaqədar 22-23 yanvar 2005-ci il tarixində keçirilmiş iməcilik üçün 600 (altı yüz) manat məbləğində ağac alınıb əkilmişdi
  • Xocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar Nəsimi rayonunda müvəqqəti məskunlaşmış 65 nəfər Xocalı köçkününün hər birinə 6 (altı) manat olmaqla cemi 390 (üç yüz doxsan) manat maddi yardım edilmişdir.
  • 21 saylı Nəsimi birinci seçki dairəsinə və 23 saylı Nəsimi –Nərimanov seçki dairəsinə bələdiyyənin vəsaiti hesabına telefon xetti çəkilmişdir.
  • 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 36 nəfər qadının hər birinə 10 (on) manat olmaqla cemi 360 (üç yüz altmış) manat maddi yardım edilib.
  • Nəsimi bələdiyyəsinin ərazisində yaşayan 1941-1945-ci illər müharibəsi iştirakçılarının, əlillərin, arxa cəbhə veteranlarının və müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul qadınlarının 316 nəfərinin hər birinə 6 (altı) manat olmaqla cemi 1896 (min səkkiz yüz doxsan altı) manat maddi yardım edilmişdir.
  • Bələdiyyənin məhəllə komitəsinin müraciəti əsasında Neftçilər prospekti 143 ünvanındakı 3 yaşayış binasının 1320 kvadrat metrlik həyətyanı sahəsi asfaltlaşdırılmış və uçmuş Iriçik darvaza sütunu bərpa edilmişdir. Bu işlərin həyata keçirilməsinə 3974 (üç min doqquz yüz yetmiş dörd) manat 34 qəpik vəsait sərf olunmuşdur.
  • Nəsimi rayonunda 11 və 268 saylı yardımçı məktəblər ilk tibbi yardım dərmanları və ləvazimatları ilə təmin edilmişdir.
  • Bələdiyyənin yerləşdiyi inzibati binanın dam örtüyünün yararsız hissəsinin və bələdiyyə otaqlarının təmiri həyata keçirilmiş, bələdiyyə otaqları müxtəlif ləvazimatlarla təchiz edilmişdir.
 
Copyright © 2007  Sayt İnformasiya Azadlığının İnkişafı Koalisiyasi tərəfindən "Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək" layihəsi çərçivəsində hazırlanıb.